Bakıdakı yanğının söndürülməsinə 20 xüsusi texnika və 85 canlı qüvvə cəlb olundu
23 Noyabr 2023 09:55 HadisəBakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarındakı yanğınla mübarizə tədbirləri davam etdirilir.
Fövqəladə Hallar Nazirliyindən Olaylar.az-a verilən verilən məlumata görə, yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin ümumilikdə 20 ədəddən artıq xüsusi texnikası və 85 nəfərdən artıq canlı qüvvəsi cəlb olunub.
Əlavə məlumat veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31