Şirvanda vətəndaşlar qanunsuz saxladıqları odlu silahları polisə könüllü təhvil verib
23 Noyabr 2023 09:33 HadisəŞirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi ilə istiqamətində profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Olaylar.az-a verilən məlumata görə, şəhər sakinləri arasında aparılan profilaktiki tədbirlər nəticəsində ötən gün ərzində 1 ədəd avtomat, 1 ədəd daraq və 45 ədəd patron, eləcə də 5 ədəd müvafiq sənədləri olmadan ov tüfəngi könüllü olaraq polis əməkdaşlarına təhvil verilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31