Bazardakı yanğında 1 nəfər öldü
23 Noyabr 2023 08:08 Hadisə23.11.2023-cü il saat 05:55 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, "Dərnəgül" taxta bazarının ərazisində yanğın hadisəsi ilə bağlı çağırış daxil olub.
TƏBİB-dən Olaylar.az-a bildirilib ki, hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın nəticəsində 1 şəxsin (cinsi kişi) həkiməqədər ölümü qeydə alınıb.
Xəsarət alan yoxdur.
Əlavə məlumat veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31