Sabirabadda ətraf mühiti çirkləndirən sahibkarlar məsuliyyətə cəlb olundu

Sabirabad Rayon Polis Şöbəsinin və Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının ətraf mühitin mühafizəsinin gücləndirilməsi və sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində keçirdikləri birgə tədbir zamanı rayon ərazisində yerləşən iki avtomobil təmiri məntəqəsinin ətrafında təmir zamanı yaranan tullantıların qalaqlanması faktı aşkar edilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Olaylar.az-a bildirilib ki, aşkar edilmiş faktla bağlı qeyd olunan qayda pozuntusuna yol verən sahibkarlar barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub və həmin şəxslər qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31