Şabranda təkər təmiri sexində bədbəxt hadisə baş verib, bir nəfər ölüb
22 Noyabr 2023 10:14 HadisəXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Şabranda təkər təmiri sexində bədbəxt hadisə baş verib, bir nəfər ölüb.
Baş prokurorluğun Mətbuat xidmətindən Olaylar-ın sorğusuna cavab olaraq bildirilib ki, Şabran rayonu Dəvəçi kəndi ərazisində yerləşən təkər təmiri sexində işləyən 1999-cu il təvəllüdlü Rəfail Əzimovun təmir işi görərkən təkərin partlaması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31