Bakıda qəza törədib qaçan 20 yaşlı sürücü ələ keçdi

Bakıda yol-nəqliyyat hadisəsi törədərək, hadisə yerindən yayınan daha bir sürücü aşkar edilərək məsuliyyətə cəlb edilib.

Bu barədə Olaylar.az-a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, Yasamal rayonu ərazisində "Toyota Prius" markalı 99-NF-743 dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən uzaqlaşması barədə müxtəlif media subyektlərində yayımlanmış məlumat əsasında Baş DYP İdarəsində dərhal araşdırmalara başlanılıb.

Həmin nəqliyyat vasitəsinin sürücüsü 2003-cü il təvəllüdlü E.Bayramzadə aşkar edilərək inzibati məsuliyyətə cəlb edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31