Sevinc Vaqifqızı da saxlanıldı
21 Noyabr 2023 09:49 Hadisə"Abzas Media" saytının baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) saxlanılıb.
Olaylar.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.
S.Vaqifqızı xaricdən qayıdarkən hava limanında saxlanılıb, daha sonra evində axtarış aparılıb.
Məlumatı onun vəkili Elçin Sadıqov təsdiq edib.
Qeyd edək ki, ötən gün eyni saytın direktoru Ülvi Həsənli də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. (Bakupost.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31