Cəlilabadda birmərtəbəli ev yanıb
20 Noyabr 2023 22:30 HadisəXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Cəlilabad rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Olaylar.az-a verilən məlumata görə, rayonun Lallar kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdaki tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31