Toydan çıxan şəxs ağır qəza törətdi, ölən var
20 Noyabr 2023 15:02 HadisəXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Gecə saatlarında Siyəzən rayonunda ağır yol qəzası baş verib.
Olaylar.az xəbər verir ki, Bakı-Quba yolunda "Kia Optima" markalı avtomobil Xaçmaz rayon sakini, 29 yaşlı Hüseynağa Qəribovu vurub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.
Bildirilir ki, hadisəni törədən sürücü həmin gün toyda iştirak edib və dayısı oğluna məxsus avtomobili idarə edirmiş. Hadisədən sonra sürücü maşını orada qoyaraq ərazidən uzaqlaşıb.
Araşdırma aparılır. (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31