Metroda qatarın qapısında problem yaranıb, yubanma olub
20 Noyabr 2023 10:28 HadisəXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Həzi Aslanov-İçərişəhər" marşrutu üzrə hərəkət edən qatar "Xalqlar dostluğu" stansiyasında ikən qapılardan biri ilə bağlı problem yaranıb.
"Bakı Metropoliteni" QSC-dən Olaylar.az-a verilən məlumata görə, operativ baxış zamanı müdaxilə nəticəsində nasazlıq ehtimalı ilə olduğu müəyyən edilib.
Təhlükəsizlik tələbinə uyğun sərnişinlər düşürülməklə, qatarın xətdən çıxarılması qərara alınıb.
Nəticədə 4 dəqiqəlik yubanma yaranıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31