Avtomobil betona çırpıldı, tıxac yarandı - FOTO

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Bakı-Quba yolunda qəza baş verib.

Olaylar.az APA-ya istinadən bildirir ki, yol-nəqliyyat hadisəsi yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

99 BM 466 dövlət qeydiyyat nişanlı, "Opel" markalı avtomobil idarəetmədən çıxaraq beton maneələrə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitəsi deformasiya uğrayıb, ciddi ziyan dəyib. Qısa müddətdə Bakı-Quba Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunda tıxac yaranıb. Nəqliyyat vasitəsi hadisə yerindən kənarlaşdırılaraq avtomobillərin hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31