Maşın qaçıran qardaşlar ələ keçdi

 Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun 

Abşeronda maşın qaçılıb.

Sürücünü hədələyərək cüzdanını oğurladı

 Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, noyabrın 13-də saat 15 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisindən "VAZ-21011" markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Aydın Hüseynov və qardaşı Xanlar Nərimanov rayonu ərazisində avtomobillə saxlanılıblar.

Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31