Sürücünü hədələyərək cüzdanını oğurladı
14 Noyabr 2023 10:20 HadisəXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Bakıda sürücü təhdid edilərək soyulub.
Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, noyabrın 12-də saat 23 radələrində Abşeron rayonunun Müşfiqabad qəsəbəsi ərazisində "Opel" markalı avtomobildə sərnişinin sürücünü kəsici alətlə hədələyərək içərisində mobil telefonu olan cüzdanını talaması barədə polisə məlumat daxil olub.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Kənan Məmmədov müəyyən olunaraq saxlanılıb.
Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31