Külli miqdarda siqaret aşkar edildi - FOTO
29 Aprel 2023 20:46 HadisəOlaylar.az xəbər verir ki, Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları qanunsuz yollarla ölkə ərazisinə gətirilən və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan külli miqdarda siqaret aşkar ediblər.
Belə ki, daxil olmuş məlumat əsasında Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin əməkdaşları Şərur rayon sakinindən müxtəlif adlarda, ümumilikdə 163 600 ədəd aksiz markası ilə markalanmayan siqaretlər aşkar ediblər.
Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31