Azərbaycanda hərbçilər avtomobil qəzasında həlak oldular - YENİLƏNİB

Aprelin 2-də saat 21:00 radələrində Ağcabədi rayonunun Minəxorlu kəndi ərazisində F.İbrahimli idarə etdiyi VAZ-2107 markalı avtomobili divara vurub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı Oxu.Az-a açıqlamasında bildirib ki, faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır:

"Avtomobildəki sərnişin E.Məmmədov hadisə yerində, sürücü isə xəstəxanada dünyasını dəyişib".

Məlumata görə, hər iki şəxs hərbçi olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31