Bakı metrosunda maşinist sükan arxasında ÖLDÜ
23 Yanvar 2023 10:00 HadisəBakı metrosunda maşinist qatar idarə edərkən vəfat edib.
Olaylar.az Gundem.az-a istinadən xəbər verir ki, "Bakı Metropoliteni" QSC-də motovoz maşinisti işləyən 1958-ci il təvəllüdlü Kərimli Aydın Yusif oğlu "Avtovağzal metrostansiyası"nda təsərrüfat qatarını idarə edən zaman qəfildən halı pisləşərək ölüb.
"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, maşinist köməkçisinin dispetçerə məlumatı əsasında dərhal təcili tibbi yardım dəvət edilib. Aidiyyəti strukturlara və maşinistin ailəsinə məlumat verilib.
Metropolitenin gecə iş rejimi ilə bağlı hər hansısa problem yaşanmayıb. Hazırda məsələ ilə bağlı aidiyyəti strukturlar müvafiq iş aparır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31