Bakıda ağır qəza: Xəsarət alan var - VİDEO
20 Yanvar 2023 15:31 HadisəBakıda yol-nəqliyyat hadisəsi baş verib.
Olaylar.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Dilarə Əliyeva və Rəsul Rza küçələrinin kəsişməsində baş verib.
"Toyota Prius" markalı 99-UV-323 dövlət nömrə nişanlı maşınla "Toyota Corolla" markalı 77-EU-316 dövlət nömrə nişanlı avtomobil toqquşub.
Hadisə zamanı 74 yaşlı Ruhəngiz Hüseynova başından və sol ayağından zədələnib. Zərərçəkən deyir ki, yolu keçərkən avtomobillər toqquşub və maşınlardan biri ona çırpılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31