İmişlidə 15 yaşlı futbolçu faciəvi şəkildə öldü
19 Yanvar 2023 10:23 Hadisəİmişlidə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Olaylar.az "Qafqazinfo"ya istinadən bildirir ki, dünən saat 21 radələrində İmişli şəhəri, Nəriman Nərimanov küçəsində yaşayan 2007-ci il təvəllüdlü Feyziyev Miryusif Rövşən oğlu hamamda çimərkən dəm qazından zəhərlənib.
Dərhal təcili tibbi yardım briqadası çağırılsa da, yeniyetmənin vəfat etdiyi məlum olub.
Qeyd edək ki, orta məktəbin 9-cu sinif şagirdi olan Miryusif "İmişli" futbol klubunun yeniyetmələrdən ibarət yığmasında qapıçı olaraq çıxış edirmiş.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31