DİN: "Orta yaşlı kişinin azyaşlı qızı naməlum yerə aparmaq istəməsi hadisəsi araşdırılır"
18 Yanvar 2023 14:20 HadisəSosial şəbəkələrdə orta yaşlı kişi azyaşlı qızı naməlum yerə aparmaq istəməsi ilə bağlı görüntülər yayılıb.
Olaylar.az "Report"-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev məsələ ilə bağlı "Report" un sorğusuna cavab olaraq bildirib ki, hadisə diqqətdədir və araşdırılır:
"Detallar tezliklə ictimaiyyətə açıqlanacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31