Lənkəranda partlayış olub, xəsarət alan var
18 Yanvar 2023 12:26 HadisəLənkəranda bərbərxanada partlayış olub.
Olaylar.az xəbər verir ki, hadisə rayonun "Ləvəngi" dairəsi adlanan ərazidə qeydə alınıb.
1995-ci il təvəllüdlü Məhərrəm İsazadə fəaliyyət göstərdiyi bərbərxanaya girib, işıq lampalarını yandıran zaman partlayış baş verib. Nəticədə Məhərrəm İsazadə yanıq xəsarətləri alıb.
İlkin araşdırmalar zamanı partlayışın bərbərxananın yaxınlığından keçən qaz borulasından sızan qaz olduğu müyyən edilib.
Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31