“Mercedes” vuran piyadanın biri ölüb, digəri xəstəxanaya yerləşdirilib

Avqustun 17-də saat 3 radələrində paytaxtın Nərimanov rayonu ərazisində Bakı şəhər sakini V.Nəsirov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən paytaxt sakini Feyruz Eyvazovu və Şamaxı rayon sakini E.Ağayevanı vurub. DİN-dən "Olaylar"a verilən məlumata görə, nəticədə F.Eyvazov hadisə yerində ölüb, E.Ağayeva xəstəxanaya yerləşdirilib. Nərimanov RPİ-də araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31