Mürəkkəb relyefli dağlıq ərazilərdə yanğınsöndürmə tədbirləri davam etdirilir
17 Avqust 2022 13:47 HadisəQəbələ, Şabran və Quba rayonlarında yerləşən dağlıq relyefdə, meşə və meşətrafı ərazilərdə baş vermis yanğınların söndürülməsi tədbirləri davam etdirilir. Bəzi ərazilərdə yanğınlar nəzarətə götürülərək alovun daha geniş ərazilərə yayılmasının qarşısı alınıb, soyutma işləri aparılır. FHN-dən "Olaylar"a bildirilib ki, yanğınsöndürmə tədbirləri mürəkkəb relyefli dağlıq ərazilərdə həyata keçirilir, isti və küləkli hava şəraiti tüstülənmə ocaqlarının tam söndürülməsinə mane olur. Yanğınsöndürmə əməliyyatları davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31