Bakıda işlədiyi yerdən çıxan qadın itkin düşüb

Bakıda 27 yaşlı qadın itkin düşüb.Hadisə avqustun 11-də Səbail rayonu, Salyan yolu 32 ünvanında qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Hacıyeva Dinara Vüsal qızı işlədiyi "Gəncə təndiri" adlı çörək sexindən saat 21 radələrində çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsində araşdırma aparılır.

Report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31