28 yaşlı xanım prokuror niyə vəfat etdi? -  SƏBƏB

Ağsu rayon prokurorunun köməkçisi Şölə Quliyeva vəfat edib.

Olaylar.az-ın məlumata görə, ötən il prokurorluq orqanlarına qəbul olunan 28 yaşlı Ş.Quliyeva xəstəlik səbəbindən dünyasını dəyişib. O, Bakı şəhərində dəfn edilib.

Qeyd edək ki, prokurorluq orqanlarına yeni qəbul olunan Ş.Quliyevanın prokuror kimi ilk və son iş yeri Ağsu Rayon Prokurorluğu olub.

Allah rəhmət eləsin. 

Qafqazinfo

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31