Şahdağ Milli Parkında yanğın başlayıb
15 Avqust 2022 16:59 HadisəQəbələ rayonunda meşə ərazisində yanğın başlayıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, rayonun Tikanlı kəndinə yaxın ərazidə yerləşən meşə massivi yanır.
Olaylar.az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Qəbələ rayonunda meşə yanğını olması barədə məlumatı təsdiqləyib.
O, bildirib ki, yanğın Şahdağ Milli Parkının ərazisində baş verib:
"Hazırda ETSN və FHN əməkdaşlararı yanğın baş verən ərazidədirlər. Yanğının söndürülməsi üçün işlər görülür", -deyə İ. İbrahimova bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31