Cəlilabadda çörəkdaşıyan maşın qəzaya düşüb: Xəsarət alanlar var
15 Avqust 2022 10:40 HadisəCəlilabad rayonunda yol-nəqliyyat qəzası baş verib.Hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.
Qəza zamanı DAF markalı çörəkdaşıyan yük avtomobili ilə digər minik avtomobili toqquşub.
Hadisə nəticəsində 1996-ci il təvəllüdlü Lənkəran rayon sakini, Orxan Əliyev və daha bir nəfər xəsarət alıblar.
Yaralılar xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31