Xəzərdə batan iki nəfərin meyiti tapılıb - ƏLAVƏ OLUNUB

Dənizdə ("Novxanı" sularda xilasetmə məntəqəsindən kənarda, nəzarətsiz ərazidə) batan 2 nəfərin axtarışları başa çatıb.

Olaylar.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində hər iki şəxsin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xaçmaz rayonu, Niyazoba kəndində, dənizdə (nəzarətsiz ərazi) 2 nəfərin batması barədə məlumat daxil olub.

Olaylar.az xəbər verir ki, FHN-dən verilən xəbərə görə, hadisə yerinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

Xəzərdə iki nəfər batıb.

Olaylar.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən xəbərə görə, "112" qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində, dənizdə (nəzarətsiz ərazi) 2 nəfərin batması barədə məlumat daxil olub.

Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31