Yevlaxda yataqxanada yanğın söndürülüb, bir nəfər xəsarət alıb

Yevlax şəhərində beşmərtəbəli yataqxana binasının dam örtüyündə yanğın söndürülüb.

Hazırda soyutma işləri aparılır.

Olaylar.az xəbər verir ki, TƏBİB-dən bildirilib ki, yanğınla əlaqədar olaraq Yevlax Rayon Mərkəzi Xəstəxanasının 3 Təcili tibbi yardım briqadası əraziyə cəlb edilib.

Tüstüdən təsirlənən bir nəfərə yerində yardım edilib.

Bir nəfər əl və qolun yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

İlkin tibbi yardım edilib, vəziyyəti stabildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31