Gündəm

Gəncədə 15 İyun – Milli Qurtuluş Günü qeyd olundu

13 İyun 2019 16:40

Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında 15 İyun Milli Qurtuluş Gününə həsr edilən konsert proqramı keçirildi. Konsert proqramını  Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Millət vəkilləri Pərvin Kərimzadə və Naqif Həmzəyev, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Gürcüstanın Gəncədəki vitse-konsulu Teymuraz Saladze, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimayyətinin nümayəndələri izlədilər.

“Microsoft” öz məhsullarında 88 boşluğu aradan qaldırıb

13 İyun 2019 15:12

Microsoft şirkəti "Windows" əməliyyat sisteminin müxtəlif versiyaları və başqa məhsullarında 88 boşluğu aradan qaldıran planlaşdırılmış yenilənmə paketi çıxarıb.

“Müstəqillik və vətənpərvərlik ruhunun aşılanmasında kinematoqrafiyanın rolu” mövzusunda debat

13 İyun 2019 14:34

İyunun 13-də “Mədəniyyət həftəsi” çərçivəsində Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin və Gəncə Regional Mədəniyyət İdarəsinin birgə təşkitatçılığı ilə “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun üzvləri arasında “Son iclas” filminin nümayişi və film ətrafında “Müstəqillik və vətənpərvərlik ruhunun aşılanmasında kinematoqrafiyanın rolu” mövzusunda debat keçirilib.

Misirin Turizm Naziri xanım Dr. Rania Bakıya səfər edəcək

13 İyun 2019 13:49

İyunun 15-18 tarixlərində Misir Ərəb Respublikasının Azərbaycandakı Fövqladə və Səlahiyyətli səfiri cənab Adel İbrahim, Misirin Turizm Naziri xanım Dr. Rania Al Mashatın başçılıq etdiyi nümayəndə heyəti Ümumdünya Turizm Təşkilatının İcraiyyə Komitəsinin 110-cu iclasında iştirak etmək üçün Bakıya gələcək və bu səfər bir neçə illik fasilədən sonra Misirdən Azərbaycana nazir səviyyəsində olan ilk səfər olacaq. 

UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub

13 İyun 2019 13:37

Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il 14 noyabr tarixli Sərəncamı əsasında Bakı Dövlət Universitetinin 100 illik yubileyi geniş miqyasda qeyd olunur. Olaylar.az bildirir ki, Parisdə UNESCO-nun baş qərargahında da Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi təntənə ilə keçirilib.

“ASAN xidmət” mərkəzlərində “Yaşlı könüllülər” layihəsinin ikinci mərhələsinə start veririlir

13 İyun 2019 11:33

Artıq bütün "ASAN xidmət" mərkəzlərinə təqaüdə çıxmış vətəndaşlar könüllülük fəaliyyəti üçün müraciət edə bilərlər. Olaylar.az bildirir ki, layihənin məqsədi “ASAN Könüllülük” Məktəbi vasitəsilə təqaüd yaşına çatmış şəxsləri təcrübə mübadiləsinə cəlb etmək, asudə vaxtlarının səmərəli təşkili, cəmiyyətdə aktiv rol oynamağa dəvət etmək, onlara sosial inteqrasiya və yeni insanlarla tanış olmaq imkanı yaratmaqdır.

Müasir gəncliyin mənəvi inkişafının başlanğıc tarixi - Milli Qurtuluş Günü

13 İyun 2019 11:14

“XX əsrin sonlarında Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsi tarixi zərurət kimi ortaya çıxdı. Əsrin əvvəllərində olduğu kimi bu yolda çətinliklər də oldu, məhrumiyyətlər də. Belə ki, azadlıq, müstəqillik hər bir xalq, dövlət üçün ən müqəddəs nemət olduğundan Azərbaycan xalqı öz azadlığı, müstəqilliyi uğrunda illərlə mübarizə apardı, bu yolda minlərlə şəhid verdi. Keçilən şərəfli, zəhmət və əziyyətlə dolu bir yol göstərdi ki, Ümummilli lider Heydər Əliyevin “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” tezisi hər bir dövr üçün aktuallığını qoruyur, birliyə, həmrəyliyə, bir çağırış kimi önə çəkilir. Bu baxımdan, Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər bu yolda Azərbaycanın yenidən öz dövlət müstəqilliyinə qovuşması üçün hər bir soydaşımızın üzərinə konkret vəzifələr düşdüyünü deyirdi: “İndi hər bir namuslu, qeyrətli azərbaycanlı gərək öz şəxsi mənafelərini, imtiyazlarını unutsun, xalqın aqibəti, bu günü və azad gələcəyi haqqında düşünsün. Xalqın müqəddəratı hər şeydən üstün olmalıdır””. Bu fikirləri Olaylar.az –a açıqlamasında “Gənc Nəslin Maarifləndirilməsi” İctimai Birliyinin sədri Mikayıl Həsənli bildirib.

“Çölçü” bədii filmi beynəlxalq mükafatlara layiq görülüb

13 İyun 2019 10:43

“Çölçü” bədii filmi bu günlərdə İsraildə keçirilən “Near Nazareth Festival 2019” beynəlxalq film festivalında “Ən yaxşı aktyor heyəti” və “Ən yaxşı rejissor”, İtaliyada “Florence Film Awards 2019” festivalında “Ən yaxşı bədii film”, “Oniros Film Awards 2019” festivalında “Ən yaxşı bədii film”, İndoneziyada “European Screen Awards 2019”  festivalında “Ən yaxşı bədii film”, Hindistanda “Mahul Woods International Film Festival”da isə  “Ən yaxşı bədii film” və “Ən yaxşı operator” mükafatlarına layiq görülmüşdür.

Bəsti Cəfərovanın 60 illik yubileyi keçiriləcək

13 İyun 2019 10:41

İyunun 14-də saat 19:00-da Akademik Milli Dram Teatrında Xalq artisti Bəsti Cəfərovanın 60 illiyi münasibəti ilə yubiley gecəsi təşkil olunacaq. Olaylar.az bildirir ki, yubiley gecəsində Xalq artisti Bəsti Cəfərovanın iştirakı ilə uğurla nümayiş olunan “Qətibə İnanc” tamaşası oynanılacaq. 

Ukrayna ordusu Donetskə yaxınlaşdı

13 İyun 2019 10:30

Ukraynanın silahlı qüvvələri Marinkada – Donetsk şəhərinin təxminən 25 kilometrliyində yeni mövqeləri tutub. Bu haqda “Ordu FM” radiostansiyasının efirində Ukrayna ordusunun 24-cü ayrı mexanikləşdirilmiş briqadasının rəsmi nümayəndəsi Nazar İlniskiy bildirib.

Azərbaycana yay bu tarixdə daxil olacaq

13 İyun 2019 10:15

Gələn həftə Azərbaycana yay fəsli daxil olacaq. Yay fəsli iyunun 21-də saat 19.54-də ölkəyə və şimal yarım kürəsinə daxil olacaq.

Dünyanın ən bahalı brendləri məlum oldu

13 İyun 2019 10:14

ABŞ-ın elektron ticarət nəhəngi “Amazon” dünyanın ən bahalı brendlərinin reytinqində lider olub. Bir il ərzində şirkətin dəyəri 50%-dən çox yüksələrək 315,5 milyard dollara yaxınlaşıb. Bu haqda “BrandZ 2019 Top 100 Most Valuable Global Brands” reytinqində məlumat verilib.

Parubiy prezidentin impiçmenti haqqında qanunu imzaladı

13 İyun 2019 10:12

Ukrayna Ali Radasının spikeri Andrey Parubiy prezidentin impiçment haqqında qanunu imzalayıb. Bu haqda parlament üzvünün özü tvitterdə bildirdi.

Boşandığı ərinə aşiq oldu

13 İyun 2019 10:09

Türk müğənnisi Hande Ünsalın qatıldığı proqramda etdiyi etiraf fanatlarını heyrətləndirib. O boşandığı əri ilə eşq yaşadığını deyib.

Xalq artisti İlham Namiq Kamalın 70 illik yubileyi qeyd olunub

13 İyun 2019 10:08

İyunun 12-də Akademik Musiqili Teatrda Xalq artisti, “Şöhrət” ordenli, professor İlham Namiq Kamalın 70 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirilib.