“Microsoft” öz məhsullarında 88 boşluğu aradan qaldırıb

Microsoft şirkəti "Windows" əməliyyat sisteminin müxtəlif versiyaları və başqa məhsullarında 88 boşluğu aradan qaldıran planlaşdırılmış yenilənmə paketi çıxarıb.

Microsoft şirkəti "Windows" əməliyyat sisteminin müxtəlif versiyaları və başqa məhsullarında 88 boşluğu aradan qaldıran planlaşdırılmış yenilənmə paketi çıxarıb.

Həmin boşluqlardan 21-i "kritik", 66-sı "vacib" və 1-i isə "orta təhlükə dərəcəsinə" malik kimi qiymətləndirilib.

Kritik statusa malik boşluqlar "Microsoft Edge" brauzerində "Chakra Scripting Engine" (9 boşluq) mühərrikini, "Microsoft Scripting Engine" (4), "Hyper-V" (3), "Microsoft Speech API" texnologiyalarını, həmçinin "Edge" və "Internet Explorer" brauzerlərini əhatə edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31