Gündəm

Hindistan 2024-cü ilədək ümumdaxili məhsul istehsalının həcmini 5 trilyon dollara çatdırmağı planlaşdırır – Səfirdən açıqlama

19 Fevral 2020 12:25

"Hindistanın iqtisadiyyatını şərh edən Hindistanın ölkəmizdəki Səfiri B.Vanlalvavna qeyd edir ki, “Dünyanın 5-ci ən böyük iqtisadiyyatı olan Hindistan 2024-cü ilədək ümumdaxili məhsul istehsalının həcmini 5 trilyon dollara çatdırmağı planlaşdırır. Hindistan iqtisadiyyatı həyata keçirilən davamlı struktur islahatlar, cilovlanan infilyasiya və sürətli inkişafla güclü qalmağa davam edir. 2019-cu ilin sonuna olan məlumata görə ölkə 457,5 milyard dollarlıq valyuta ehtiyatlarına sahibdir.”

İstiqlal Muzeyində “Xocalıda can qaldı” adlı tədbir təşkil olunacaq

19 Fevral 2020 12:25

Fevralın 21-də Azərbaycan İstiqlal Muzeyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 28–ci ildönümünə həsr olunmuş “Xocalıda can qaldı” adlı tədbir təşkil ediləcək.

Bu günün rəsmi valyuta məzənnələri

19 Fevral 2020 12:23

Manat xarici valyutalar qarşısında bahalaşıb Olaylar.az bildirir ki, Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Dünya tarixində bu gün nələr baş verib?

19 Fevral 2020 12:22

Bu gün, yəni 19 fevral dünya tarixində hansı mühüm hadisələr baş verib? Bunun bir çoxunuza maraqlı olduğunu nəzərə alaraq, Olaylar.az həmin hadisələri sizə təqdim edir: 1800 - Napoleon Bonapart özünü Fransanın birinci şəxsi elan edib. Avropanın gələcək fatehinin hərbi yürüşləri başlayıb.

Baş konsul ABŞ radiosuna müsahibə verdi

19 Fevral 2020 12:21

Azərbaycanın Los Anceles şəhərindəki baş konsulu, Los Anceles Konsulluq Korpusunun sədri Nəsimi Ağayev ABŞ-ın ən böyük farsdilli radiosu olan, Los Ancelesdə fəaliyyət göstərən KIRN radiosunun aparıcısı Debbi Amininin dəvətilə radionun “One World, One Community” (Bir Dünya, Bir İcma) proqramının qonağı olub və Azərbaycanla bağlı geniş müsahibə verib. Proqram, həmçinin canlı şəkildə kanalın rəsmi sosial şəbəkə profillərində video formatında da yayımlanıb.

Koronavirus “Apple” şirkətinə ziyan vurdu

19 Fevral 2020 12:20

"Apple" şirkəti Çində yayılan ölümcül koronavirusla əlaqədar 2020-ci ildə rüblük gəlir göstəricilərinə nail ola bilməyəcək. Bu barədə şirkətin məlumatında deyilir. 2020-ci ilin yanvar-martında gəlir üzrə proqnozun azaldılması Çində müəssisələrin fəaliyyətinin dayandırılmasına görə "iPhone" smartfonlarının istehsalının aşağı düşməsi ilə izah olunur. Bundan başqa, Çində ticarət nöqtələrinin karantinə bağlanması ilə əlaqədar tələbatın azalması şirkətin maliyyə göstəricilərinə təsir göstərəcək. Çin "Apple" üçün ABŞ-dan sonra ikinci ən böyük satış bazarı hesab edilir.

Aydın Kazımzadənin 80 illiyinə həsr olunmuş tədbir keçirilib

19 Fevral 2020 12:19

zərbaycan Dövlət Film Fondunda görkəmli kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin 80 illiyinə həsr olunmuş tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbir Mədəniyyət Nazirliyinin dəstəyi, Dövlət Film Fondunun təşkilatçılığı ilə reallaşıb. Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev yubilyarı təbrik edib. Tədbirdə “Azərbaycanfilm” kinostudiyanın direktoru, Əməkdar incəsənət xadimi, professor Cəmil Quliyev çıxış edərək yubilyarın Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən söhbət açıb.

"Qarabağda Ermənistanın heç biri tarixi irsi yoxdur" mövzusunda konfrans keçirilib - Ağstafada

19 Fevral 2020 12:18

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələr Ağstafa Regional Mədəniyyət İdarəsində "Qarabağda Ermənistanın heç biri tarixi irsi yoxdur" mövzusunda keçirilən konfransda müzakirə edildi.

"BRIT Awards" musiqi mükafatının sahibləri açıqlanıb

19 Fevral 2020 12:17

Repçi "Stormzy" "Böyük Britaniyanın ən yaxşı kişi solo ifaçısı" nominasiyasında "BRIT Awards" musiqi mükafatına layiq görülüb. Olaylar.az “TASS"a istinadən bildirir ki "Böyük Britaniyanın ən yaxşı qadın solo ifaçısı" nominasiyasında pop-müğənni Meybl mükafata layiq görülüb.

Azərbaycan nefti uzuclaşıb

19 Fevral 2020 12:15

Azərbaycan nefti uzuclaşıb

Yusif Eyvazov Avstriyada mükafata layiq görülüb

19 Fevral 2020 12:14

Azərbaycanın Xalq artisti, tanınmış tenor Yusif Eyvazov Avstriyada klassik musiqi sahəsində nüfuzlu “Mədəniyyət üzrə Qran- Pri” (Grand Prix de la Culture) mükafatına layiq görülüb. Olaylar.az bildirir ki, gənc musiqiçiləri karyera pillələrində dəstəkləmək və incəsənət aləminin tanınmış sənətçilərini öz səhnə fəaliyyətinə görə qiymətləndirmək məqsədi daşıyan bu mükafat ”Wiener Privatbank SE” bankı və “Hollaender-Calix“ incəsənət agentliyinin birgə layihəsidir.

ASK-nin 18 ölkədə nümayəndəsi fəaliyyət göstərir

19 Fevral 2020 12:13

2019-cu ildə ASK-ya 1059 məktub daxil olub və məktubların bir hissəsi tender, vergi, investisiya təşviqi sənədinin icrası, valyuta tənzimi rejimi, açıq məkanlarda reklam qaydaları, maliyyə əlçatanlığı məzmunlarında olub. Konfederasiyadan “OLAYLAR”-a bildirilib ki, 2019-cu ildə ASK lobbiçilik fəaliyyətini genişləndirib və hazırda Azərbaycanın bölgələrində 38, xaricdə 18 ölkədə nümayəndəsi fəaliyyət göstərir.

Fələstin səfiri İlahiyyat İnstitutunda olub

19 Fevral 2020 12:12

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Fələstinin ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri cənab Nasir Əbdülkərim Əbdürrəhman ilə görüş keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, Aİİ-nin rektoru Ceyhun Məmmədov cənab Nasir Əbdülkərim Əbdürrəhmanı və görüş iştirakçılarını salamlayaraq, Fələstin və Azərbaycan arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. Rektor Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətindən bəhs edib. Bu istiqaməti hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın uğurla davam etdirdiyini vurğulayıb.

Azərbaycan Sahibkarlar Konfederasiyası hesabat verdi

19 Fevral 2020 12:10

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının icra aparatı 2019-cu ildə görülən işlərlə bağlı Rəyasət Heyətinə hesabat verib. “OLAYLAR” xəbər verir ki, bununla bağlı ASK prezidenti Məmməd Musayevin sədrliyi ilə iclas keçirilib. ASK-nın Baş katib əvəzi Kristina Məmmədova çıxış edərək 2019-cu ildə ölkəmizin iqtisadi həyatında mühüm dəyişikliklərin baş verdiyini xatırladıb. Sahibkarlıqla bağlı dövlətin atdığı ciddi addımların iqtisadi fəallığa müsbət təsir etdiyini deyən K.Məmmədova ASK-nın ötən bir ildə fəaliyyətini genişləndirdiyini, sahibkarların hüquqlarının müdafiəsi və onların maarifləndirilməsi məqsədilə ASK-nın mühüm işlər gördüyünü bildirib.

Hollandiyadakı Ermənistan səfriliyi qarşısında etiraz aksiyası keçiriləcək

19 Fevral 2020 12:08

Xocalı faciəsinin 28-ci ildönümü ərəfəsində Azərbaycandan kənarda da bir sıra tədbirlər keçiriləcək. Hollandiya Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkın “OLAYLAR”-a bildirib ki, adıçəkilən ölkələrdə də Xocalı şəhidlərinin xatirəsi yad ediləcək. Bu məqsədlə Hollandiyada bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Dərnək sədri deyib ki, bu məqsədlə fevralın 23-də Xocalı şəhidlərini anma proqramı təşkil olunacaq.