Fələstin səfiri İlahiyyat İnstitutunda olub
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Fələstinin ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri cənab Nasir Əbdülkərim Əbdürrəhman ilə görüş keçirilib. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, Aİİ-nin rektoru Ceyhun Məmmədov cənab Nasir Əbdülkərim Əbdürrəhmanı və görüş iştirakçılarını salamlayaraq, Fələstin və Azərbaycan arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. Rektor Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətindən bəhs edib. Bu istiqaməti hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın uğurla davam etdirdiyini vurğulayıb.
19 Fevral 2020 12:12 SosialAzərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Fələstinin ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri cənab Nasir Əbdülkərim Əbdürrəhman ilə görüş keçirilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, Aİİ-nin rektoru Ceyhun Məmmədov cənab Nasir Əbdülkərim Əbdürrəhmanı və görüş iştirakçılarını salamlayaraq, Fələstin və Azərbaycan arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. Rektor Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətindən bəhs edib. Bu istiqaməti hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın uğurla davam etdirdiyini vurğulayıb.
Sonra Fələstinin ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri cənab Nasir Əbdülkərim Əbdürrəhman çıxış edib. Azərbaycanın dünyanın sürətlə inkişaf edən ölkələrindən biri olduğunu, nəhəng layihələrə imza atdığını, paytaxtla yanaşı, regionların da gündən-günə inkişaf etdiyini vurğulayan səfir müsəlman ölkəsi olaraq bundan məmnunluğunu ifadə edib.
Görüş zamanı səfir Fələstin probleminin qısa tarixinə və Yaxın Şərqdə sülhün perspektivlərinə toxunub.
