Hollandiyadakı Ermənistan səfriliyi qarşısında etiraz aksiyası keçiriləcək
Xocalı faciəsinin 28-ci ildönümü ərəfəsində Azərbaycandan kənarda da bir sıra tədbirlər keçiriləcək. Hollandiya Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkın “OLAYLAR”-a bildirib ki, adıçəkilən ölkələrdə də Xocalı şəhidlərinin xatirəsi yad ediləcək. Bu məqsədlə Hollandiyada bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Dərnək sədri deyib ki, bu məqsədlə fevralın 23-də Xocalı şəhidlərini anma proqramı təşkil olunacaq.
19 Fevral 2020 12:08 SiyasətXocalı faciəsinin 28-ci ildönümü ərəfəsində Azərbaycandan kənarda da bir sıra tədbirlər keçiriləcək. Hollandiya Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkın "OLAYLAR"-a bildirib ki, adıçəkilən ölkələrdə də Xocalı şəhidlərinin xatirəsi yad ediləcək. Bu məqsədlə Hollandiyada bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Dərnək sədri deyib ki, bu məqsədlə fevralın 23-də Xocalı şəhidlərini anma proqramı təşkil olunacaq.
Fevralın 26-da isə Niderland Krallığındakı Ermənistan səfirliyi qarşısında etiraz aksiyasının keçirilməsi qərara alınıb. Aksiyada Xocalı soyqırımını törədənlərin cəzalandırılması, onların ədalət mühakiməsinə cəlb edilməsi tələb olunacaq.