ASK-nin 18 ölkədə nümayəndəsi fəaliyyət göstərir
2019-cu ildə ASK-ya 1059 məktub daxil olub və məktubların bir hissəsi tender, vergi, investisiya təşviqi sənədinin icrası, valyuta tənzimi rejimi, açıq məkanlarda reklam qaydaları, maliyyə əlçatanlığı məzmunlarında olub. Konfederasiyadan “OLAYLAR”-a bildirilib ki, 2019-cu ildə ASK lobbiçilik fəaliyyətini genişləndirib və hazırda Azərbaycanın bölgələrində 38, xaricdə 18 ölkədə nümayəndəsi fəaliyyət göstərir.
19 Fevral 2020 12:13 Sosial2019-cu ildə ASK-ya 1059 məktub daxil olub və məktubların bir hissəsi tender, vergi, investisiya təşviqi sənədinin icrası, valyuta tənzimi rejimi, açıq məkanlarda reklam qaydaları, maliyyə əlçatanlığı məzmunlarında olub. Konfederasiyadan "OLAYLAR"-a bildirilib ki, 2019-cu ildə ASK lobbiçilik fəaliyyətini genişləndirib və hazırda Azərbaycanın bölgələrində 38, xaricdə 18 ölkədə nümayəndəsi fəaliyyət göstərir.
2019-ci ildə ASK 232 tədbir keçirib və tədbirlərdə iştirakçıların sayı 26 min 234 mindən çoxdur. ASK ilə xarici ölkələrin müvafiq qurumları arasında 13 anlaşma memorandumu imzalanıb. Xarici ölkələrə 14 biznes missiya təşkil olunub. Xarici ölkələrin biznes dairələri, diplomatik nümayəndəliklər və donor təşkilatlarla keçirilən işgüzar görüşlər uğurlu olub.
ASK ölkəmizdə və dünyada baş verən iqtisadi tədbirlərin izlənilməsi, eləcə də sahibkarların maarifləndirilməsi, məlumatlılığın yüksəldilməsi məqsədilə il boyu hər həftənin sonu sahibkarlara 46 onlayn "Bülleten" göndərib. Vergi, icbari sığorta, dövlət sığorta haqlarının hesablanması, müəlliflik hüquqları və s. mövzularda təlimlər keçirilib.