Aydın Kazımzadənin 80 illiyinə həsr olunmuş tədbir keçirilib

zərbaycan Dövlət Film Fondunda görkəmli kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin 80 illiyinə həsr olunmuş tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbir Mədəniyyət Nazirliyinin dəstəyi, Dövlət Film Fondunun təşkilatçılığı ilə reallaşıb. Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev yubilyarı təbrik edib. Tədbirdə “Azərbaycanfilm” kinostudiyanın direktoru, Əməkdar incəsənət xadimi, professor Cəmil Quliyev çıxış edərək yubilyarın Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən söhbət açıb.

Azərbaycan Dövlət Film Fondunda görkəmli kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin 80 illiyinə həsr olunmuş tədbir keçirilib.

Olaylar.az bildirir ki, tədbir Mədəniyyət Nazirliyinin dəstəyi, Dövlət Film Fondunun təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev yubilyarı təbrik edib. Tədbirdə "Azərbaycanfilm" kinostudiyanın direktoru, Əməkdar incəsənət xadimi, professor Cəmil Quliyev çıxış edərək yubilyarın Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən söhbət açıb.

Birinci dərəcəli dövlət müşaviri, tarix elmləri doktoru Dilarə Seyidzadə Azərbaycan kinosunun dərindən araşdırılmasındakı xidmətlərinə görə yubilyara təşəkkürünü ifadə edib.

Yubiley gecəsində Xalq artisti, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov, Xalq artisti Rafiq Əzimov, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova, Xalq artisti Həmidə Ömərova, Əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayev, Əməkdar artist Elxan Qasımov, kino nəzəriyyəçisi Əlisəftər Hüseynov və başqaları çıxış edərək Aydın Kazımzadənin həyat və fəaliyyətindən, o cümlədən Azərbaycan kinosunun tədqiqində və tarixinin öyrənilməsində müstəsna xidmətlərindən danışıblar.

Sonra yubilyarın yaradıcılıq yolunu əks etdirən videoçarx nümayiş olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31