Amerikada məşhur aeroporta Trampın adı verilib
21:25 DünyaFloridada Donald Trampın Mar-a-Laqo iqamətgahından bir neçə kilometr məsafədə yerləşən Palm-Biç Beynəlxalq Hava Limanının adının dəyişdirilməsi qüvvəyə minib.
İyulun 9-dan etibarən hava limanı "Prezident Donald C. Tramp adına Beynəlxalq Hava Limanı" adlanır. Müvafiq qərar Florida hakimiyyəti tərəfindən bu ilin fevralında təsdiqlənmişdi.
Bundan əlavə, avqustun 18-dən hava limanının Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) üzrə kodu da dəyişəcək. Hazırda istifadə olunan PBI kodunun əvəzinə ABŞ prezidentinin baş hərflərinə uyğun olaraq DJT kodu tətbiq ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31