"BRIT Awards" musiqi mükafatının sahibləri açıqlanıb
Repçi "Stormzy" "Böyük Britaniyanın ən yaxşı kişi solo ifaçısı" nominasiyasında "BRIT Awards" musiqi mükafatına layiq görülüb. Olaylar.az “TASS"a istinadən bildirir ki "Böyük Britaniyanın ən yaxşı qadın solo ifaçısı" nominasiyasında pop-müğənni Meybl mükafata layiq görülüb.
19 Fevral 2020 12:17 DünyaRepçi "Stormzy" "Böyük Britaniyanın ən yaxşı kişi solo ifaçısı" nominasiyasında "BRIT Awards" musiqi mükafatına layiq görülüb.
Olaylar.az "TASS"a istinadən bildirir ki "Böyük Britaniyanın ən yaxşı qadın solo ifaçısı" nominasiyasında pop-müğənni Meybl mükafata layiq görülüb.
18 yaşlı amerikalı Billi Ayliş ən yaxşı beynəlxalq ifaçı seçilib.
İlin kompozisiyası ən yaxşı yeni ifaçı adına layiq görülən Lyuis Kapaldinin "Someone you loved" mahnısı olub. İlin albomu Deyv ləqəbi ilə çıxış edən repçi Devid Omoreginin "Psychodrama" adlı albomu seçilib.
İlin ən yaxşı musiqi qrupu isə "Foals" rok-qrupu seçilib.