Azərbaycan Sahibkarlar Konfederasiyası hesabat verdi

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının icra aparatı 2019-cu ildə görülən işlərlə bağlı Rəyasət Heyətinə hesabat verib. “OLAYLAR” xəbər verir ki, bununla bağlı ASK prezidenti Məmməd Musayevin sədrliyi ilə iclas keçirilib. ASK-nın Baş katib əvəzi Kristina Məmmədova çıxış edərək 2019-cu ildə ölkəmizin iqtisadi həyatında mühüm dəyişikliklərin baş verdiyini xatırladıb. Sahibkarlıqla bağlı dövlətin atdığı ciddi addımların iqtisadi fəallığa müsbət təsir etdiyini deyən K.Məmmədova ASK-nın ötən bir ildə fəaliyyətini genişləndirdiyini, sahibkarların hüquqlarının müdafiəsi və onların maarifləndirilməsi məqsədilə ASK-nın mühüm işlər gördüyünü bildirib.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının icra aparatı 2019-cu ildə görülən işlərlə bağlı Rəyasət Heyətinə hesabat verib.

"OLAYLAR" xəbər verir ki, bununla bağlı ASK prezidenti Məmməd Musayevin sədrliyi ilə iclas keçirilib. ASK-nın Baş katib əvəzi Kristina Məmmədova çıxış edərək 2019-cu ildə ölkəmizin iqtisadi həyatında mühüm dəyişikliklərin baş verdiyini xatırladıb. Sahibkarlıqla bağlı dövlətin atdığı ciddi addımların iqtisadi fəallığa müsbət təsir etdiyini deyən K.Məmmədova ASK-nın ötən bir ildə fəaliyyətini genişləndirdiyini, sahibkarların hüquqlarının müdafiəsi və onların maarifləndirilməsi məqsədilə ASK-nın mühüm işlər gördüyünü bildirib.

Qeyd edək ki, hesabata görə ASK üzvü olan şirkətlərin 56%-i mikro, 23%-i kiçik, 20%-i orta, 11%-i iri şirkətlərdir. Həmçinin Konfederasiyanın çətiri altında 41 assosiasiya birləşir. 2019-cu ildə Rəyasət Heyətində səsvermə yolu ilə daha 68 yeni şirkət Konfederasiyaya üzv olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31