Dünya tarixində bu gün nələr baş verib?
Bu gün, yəni 19 fevral dünya tarixində hansı mühüm hadisələr baş verib? Bunun bir çoxunuza maraqlı olduğunu nəzərə alaraq, Olaylar.az həmin hadisələri sizə təqdim edir: 1800 - Napoleon Bonapart özünü Fransanın birinci şəxsi elan edib. Avropanın gələcək fatehinin hərbi yürüşləri başlayıb.
19 Fevral 2020 12:22 SosialBu gün, yəni 19 fevral dünya tarixində hansı mühüm hadisələr baş verib? Bunun bir çoxunuza maraqlı olduğunu nəzərə alaraq, Olaylar.az həmin hadisələri sizə təqdim edir:
1800 - Napoleon Bonapart özünü Fransanın birinci şəxsi elan edib. Avropanın gələcək fatehinin hərbi yürüşləri başlayıb.
1861- İmperator II Aleksandr Rusiyada təhkimçilik hüququnun ləğv olunması barədə manifest imzalayıb. Rusiya kəndliləri ilk dəfə olaraq sərbəstlik əldə ediblər.
1915 - Türkiyədə, Dardanel boğazında admiral Con De Robekin başçılığı altında hərbi əməliyyatlar (Çanaqqala döyüşü) başlamışdır. Antanta dövlətləri ikinci böyük hücuma keçmişdir.
1954 - Nikita Xruşşovun təşəbbüsü ilə Krım vilayəti Rusiyanın tərkibindən çıxarılaraq Ukraynaya verilib. 27 min kvadrat kilometr ərazisi olan Krım vilayəti 1945-ci ildə təşkil olunmuşdu. Xruşşovun Ukraynanın Rusiyaya birləşdirilməsinin (1654) 300 illiyi münasibətilə atdığı bu addım SSRİ-nin dağılmasından sonra Rusiya millətçilərinin kəskin etirazını doğurdu.
1959 - Türkiyə və Yunanıstan arasında Kiprlə bağlı saziş imzalanıb. Sazişə əsasən, Ankara və Moskva Kiprdə qurulacaq müstəqil dövlətin (ada 1960-cı ildə Britaniyanın nəzarətindən çıxdı) qarantı qismində çıxış edirdilər.
2004 - Ramil Səfərov Macarıstanın Budapeşt şəhərində keçirilən kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini qətlə yetirib.
Doğumlar: 1473 - Nikolay Kopernik, polyak astronom, riyaziyyatçı və iqtisadçısı.
1859 - Svante Arrenius, məşhur İsveç kimyaçısı, 1903-cü il Kimya üzrə Nobel mükafatının laureatı.
1896 - Andre Breton, Fransa yazıçısı.
1940 - Saparmurat Niyazov, 1991-2006-cı illərdə Türkmənistan prezidenti.
1978 - Immortal Technique, Peru) Peru və Puerto Riko əsilli politik aktivist və hip-hop ifaçısı.
Ölümlər: 1605 - Orasio Vekki italyan bəstəkarı.
1938 - Əli Səbri, Rusiya yazıçısı.
1951 - Andre Jid, fransız yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1947).
1952 - Knut Hamsun, Norveç yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1920).
1984 - Yuri Andropov, SSRİ-nin görkəmli dövlət və partiya xadimi.
1993 - Yusif Mirzəyev, Azərbaycanın Milli Qəhrəmanı.
1993 - Vəzir Sədiyev, Azərbaycanın Milli Qəhrəmanı.
1997 - Den Syaopin - Çin Kommunist Partiyası Hərbi Şurasının sədri
Bayramlar və xüsusi günlər:
Bu gün Türkmənistanda Bayraq Günüdür.