Yusif Eyvazov Avstriyada mükafata layiq görülüb

Azərbaycanın Xalq artisti, tanınmış tenor Yusif Eyvazov Avstriyada klassik musiqi sahəsində nüfuzlu “Mədəniyyət üzrə Qran- Pri” (Grand Prix de la Culture) mükafatına layiq görülüb. Olaylar.az bildirir ki, gənc musiqiçiləri karyera pillələrində dəstəkləmək və incəsənət aləminin tanınmış sənətçilərini öz səhnə fəaliyyətinə görə qiymətləndirmək məqsədi daşıyan bu mükafat ”Wiener Privatbank SE” bankı və “Hollaender-Calix“ incəsənət agentliyinin birgə layihəsidir.

Azərbaycanın Xalq artisti, tanınmış tenor Yusif Eyvazov Avstriyada klassik musiqi sahəsində nüfuzlu "Mədəniyyət üzrə Qran- Pri" (Grand Prix de la Culture) mükafatına layiq görülüb.

Olaylar.az bildirir ki, gənc musiqiçiləri karyera pillələrində dəstəkləmək və incəsənət aləminin tanınmış sənətçilərini öz səhnə fəaliyyətinə görə qiymətləndirmək məqsədi daşıyan bu mükafat "Wiener Privatbank SE" bankı və "Hollaender-Calix" incəsənət agentliyinin birgə layihəsidir.

Azərbaycanlı tenor bu mükafata dünyanın müxtəlif opera səhnələrində çıxışları, yaratdığı obrazlar və mükəmməl səsinə görə layiq görülüb.

Y.Eyvazov mükafatlandırma mərasimində təşkilatçılara onun sənətinə verilən qiymət və etimada görə təşəkkür edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31