Gündəm

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə start verilir

7 Sentyabr 2020 11:30

2020-2021-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi üçün 10 fənn üzrə müvafiq keçid balı müəyyənləşdirilib. Olaylar.az bildirir ki, keçid balı Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif müəllimliyi üzrə 36, rus dili və ədəbiyyat, rus dili, biologiya, fizika, fransız dili, fiziki tərbiyə, musiqi və təsviri incəsənət fənləri üzrə 30 müəyyən edilib.

Prezident məktəbdə aparılan əsaslı təmir işləri ilə tanış olub

7 Sentyabr 2020 11:07

Prezident Bakıdakı 251 nömrəli məktəbdə aparılan əsaslı təmir işləri ilə tanış olub, bu təhsil ocağının yeni korpusunun açılışında iştirak edib. Olaylar.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də paytaxtın Nizami rayonunda 251 nömrəli tam orta məktəbdə aparılan əsaslı təmir işləri ilə tanış olub, bu təhsil ocağının yeni korpusunun açılışında iştirak edib.

Nazir müavini tələbələrlə görüş keçirib

28 Avqust 2020 15:51

Təhsil nazirinin müavini Firudin Qurbanov ali təhsil müəssisələrində təhsil alan tələbələrlə onlayn görüş keçirib. Olaylar.az bildirir ki, görüşdə ali təhsil müəssisələrində Tələbə Həmkarlar və Tələbə Gənclər Təşkilatlarının sədrləri, eləcə də Prezident təqaüdü ilə təltif olunmuş tələbələr iştirak ediblər.

Peşə təhsili müəssisələrində tədrisin təşkili mövzusunda görüş

28 Avqust 2020 13:57

COVİD-19 pandemiyası dövründə peşə təhsili müəssisələrində tədrisin təşkili mövzusunda videokonfrans keçirilib. Olaylar.az bildirir ki, videokonfransda Təhsil nazirinin müavini İdris İsayev, Dövlət Peşə Təhsili Agentliyinin direktoru Pərviz Yusifov və bir sıra peşə təhsili müəssisələrinin rəhbərləri iştirak edib.

Azərbaycanda pensiya işləri elektronlaşdırılır

28 Avqust 2020 10:59

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi pensiya işlərin arxivləşdirilməsi üçün müvafiq sənədlərin elektronlaşdırılması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Azərbaycan türkü doğma qardaşımızdır" - Hulusi Akar

27 Avqust 2020 17:22

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Ermənistanın Azərbaycan torpaqlarına təxribatı ilə bağlı suala “Azərbaycan türkləri doğma qardaşlarımızdır. Buna görə biz iki dövlət bir millətik. Təbii ki, biz burada tərəfik. Durduğu yerdə belə bir təcavüzkar mövqeyi həqiqətən qınayırıq. Bu hücumların müdafiə olunacaq heç bir tərəfi olmadığını da hər kəsin görməsini istəyirik. Görülən işin müdafiə ediləsi tərəfi yoxdur. Hər kəs bilməlidir ki, burada müxtəlif təlimlərlə qardaşlarımızla birlikdəyik”, - deyə bildirib.

“Məhərrəm ayında kütləvi dini ayinləri müxtəlif savab, xeyirxahlıq əməllərlə əvəzləmək mümkündür” – Bəhruz Quliyev

27 Avqust 2020 13:20

“Sirr deyil ki, Azərbaycan xalqında, xüsusilə inanclı kəsimdə hörmətlə, etiqadla qarşılanan Qurban, Ramazan bayramlarının, eləcə də müqəddəs Məhərrəmlik ayının xüsusi yeri vardır. Eyni zamanda, İslam aləminin müqəddəslik rəmzləri olan bu aylar mənəvi dəyərlərimizə də öz müsbət çalarlarını qatmaqdadır. Lakin pandemiya şəraitində kütləviliyi ilə diqqət çəkən bir sıra tədbirlərlə yanaşı, dini ayinlərin, birgə namazların, ibadətlərin də həyata keçirilməsi üçün məhdudiyyətlər qoyulub. Bu, yalnız bizdə deyil, həm də bütün İslam ölkələrində qəbul olunmuş müvəqqəti məhdudiyyətlərdir”. Sözügedən fikirləri “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında bildirib.

Qanun qarşısında hamı bərabərdir

27 Avqust 2020 13:12

“Qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur, heç kimin keçmiş xidmətləri nəzərə alınmayacaq.

Azərbaycanın İtaliyadakı səfiri: Münaqişənin həlli Azərbaycanın ərazi bütövlüyünün bərpasından keçir

27 Avqust 2020 12:51

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə İtaliyanın “Politicamente Corretto”, “L’Opinione”, “Notizie Geopolitiche”, “Sicurezza Internazionale”, “Sardegnagol”, “Kmetro0”, “Giornale Diplomatico” kimi kütləvi informasiya vasitələrində dərc olunmuş “Münaqişənin həlli Azərbaycanın ərazi bütövlüyünün bərpasından keçir” sərlövhəli geniş məqaləsi ilə Ermənistanın tarixi həqiqətləri saxtalaşdırmaq, Azərbaycana qarşı hərbi təcavüzü, o cümlədən 12 iyul tarixindən başlayaraq həyata keçirdiyi hərbi təxribatları ört-basdır etmək üçün əl atdığı vasitələri, münaqişənin ağır nəticələri və həlli imkanları barədə danışıb.

Şəxsi səhifələrə məlumatların göndərilməsi başa çatıb

27 Avqust 2020 11:51

3-8 sentyabr tarixlərində keçirilməsi nəzərdə tutulan işə qəbul imtahanlarında iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müvafiq məlumatlar göndərilib. Olaylar.az bildirir ki, həmin tarixlərdə texnologiya, informatika, coğrafiya və tarix fənləri üzrə növbəti test imtahanları keçiriləcək.

Balıq ovlayarkən yalnız qanunvericiliklə qadağan olunmayan ov alətlərindən istifadə etməlidirlər

26 Avqust 2020 11:13

“Olaylar” Balıqların kürüləmə dövrü ilə əlaqədar 1 may 2020-ci il tarixindən balıq ovuna tətbiq edilən moratoriumun müddəti sentyabr ayının 1-də bitir. Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Su Nəqliyyatında Polis İdarəsi ilə birgə sənaye balıq ovu ilə məşğul olmaq istəyən vətəndaşların nəzərinə çatdırır ki, balıq ovlayarkən yalnız qanunvericiliklə qadağan olunmayan ov alətlərindən istifadə etməlidirlər.

"Apple” şirkəti 2019-cu ildə buraxılan bütün smartfonlar seriyasını istehsaldan çıxaracaq

26 Avqust 2020 10:44

“Apple” şirkəti 2019-cu ildə buraxılan bütün smartfonlar seriyasını istehsaldan çıxaracaq. Bu barədə “iAppleTimes” təxəllüslü insayderin “Twitter” hesabında deyilir.   Olaylar.az xarici mediaya istinadən bildirir ki, blogerin sözlərinə görə, payızda brendin aktual qabaqcıl modelləri olan “iPhone 11 Pro” və “11 Pro Max” smartfonlarının istehsalı və satışı dayandırılacaq. Bundan başqa, satışdan 2018-ci ildə buraxılan “iPhone XR” çıxarılacaq. Müəllif qeyd edib ki, satışdan çıxarılmayan aktual seriyalı yeganə smartfon əsas “iPhone 11” modeli olacaq. Qurğunun qiyməti 150 dollar aşağı salınaraq 549 dollar təşkil edəcək.  

Bu gün müəllimlərin işə qəbul imtahanında  2904 namizədin iştirakı nəzərdə tutulur

26 Avqust 2020 10:26

Avqustun 26-da ibtidai sinif müəllimi olmaq istəyən namizədlər üçün növbəti test imtahanları keçirilir. İmtahanlarda 2904 namizədin iştirakı nəzərdə tutulur.

Xaricdə təhsil almaq hüququ qazanmış tələbələrlə onlayn görüş

25 Avqust 2020 17:02

Avqustun 25-də Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2020-2021-ci tədris ilində Macarıstan, Çin və Latviyada təhsil almaq hüququ qazanmış bir qrup tələbə ilə onlayn görüş keçirilib.

96 namizəd apellyasiya müraciət etdi

25 Avqust 2020 14:14

28-29 avqust tarixlərində müddətsiz əmək müqaviləsinin bağlanması məqsədilə keçirilən müsahibələrdə uğur qazanmayan və apellyasiya müraciəti etmiş 96 namizədlə təkrar onlayn müsahibələr keçiriləcək. Olaylar.az bildirir ki, təkrar müsahibənin keçirilmə tarixi barədə məlumat namizədlərin şəxsi səhifəsinə artıq göndərilib.