Gündəm

“Böyük məğlubiyyət düşmənin qapısını döymək üzrədir” - Bəhruz Quliyev

24 Avqust 2020 16:00

“İşğalçı Ermənistanın təxribatçılıq cəhdlərinin qarşısı daim Azərbaycanın şanlı Silahlı Qüvvələri tərəfindən alınıb və bundan sonra da qətiyyətlə alınacaq”. Bu fikirləri Olaylar.az-a “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Goranboy rayonu ərazisində erməni diversiya-kəşfiyyat qrupunun zərərsizləşdirilməsi, eləcə də, qrupun komandirinin əsir götürülməsi faktını şərh edərkən deyib.

Yunanıstan digər dinlərə hörmət məsələsində bizə söz söyləyə biləcək sonuncu ölkədir - Türkiyə XİN sözçüsü

24 Avqust 2020 12:50

Ərazisindəki Osmanlı mirası və digər məscidləri kilsəyə çevirən Yunanıstan digər dinlərə hörmət məsələsində bizə söz söyləyə biləcək sonuncu ölkədir. Olaylar.az bildirir ki, Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Yunanıstan Xarici İşlər Nazirliyinin Kariye məscidinin ibadətə açılması ilə bağlı açıqlamasına cavab verib. Hami Aksoy Kariye məscidinin də Ayasofya məscidi və Türkiyə torpaqlarındakı bütün mədəni dəyərlər kimi ölkənin mülkiyyəti olduğunu qeyd edib.

Köhnə dizayn sentyabrda tamamilə deaktiv ediləcək -  “Facebook”-un

24 Avqust 2020 10:39

Facebook” şirkəti 2019-cu ildə təqdim edilmiş yenilənmiş interfeysə son keçidi elan edib. Gələn aydan etibarən sosial şəbəkənin yeni versiyasından klassik versiyasına keçid mümkün olmayacaq.   Olaylar.az xarici mediaya istinadən bildirir ki, “Facebook”un 15 il mövcudluğu ərzində ən mühüm yenidən dizaynı ötən ilin mayında “F8” konfransında şirkətin direktoru Mark Zukerberq təqdim edib. Yuxarı hissədən göy rəngli başlıq aradan qaldırılıb, şriftin ölçüsü artırılıb, qara rəngli interfeys tətbiq edilib, interfeys isə daha işıqlı rəng tonlarında işlənilib.

Güclü şimal-qərb küləyi əsəcək- SABAH

21 Avqust 2020 13:23

Milli Hidrometeorologiya Xidmətinin Olaylar.az-a verdiyi məlumata görə 22 avqustda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 26-28, Bakıda gecə 21-23, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz olacaq.

Dövlət Proqramı məzunları ilə ”Təhsildə keyfiyyət təminatı” mövzusunda növbəti videogörüş

20 Avqust 2020 16:07

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəhbər şəxsləri ilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” məzunları olan və hazırda ali təhsil müəssisələrində çalışan gənclər arasında növbəti videogörüş keçirilib.  Olaylar.az bildirir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşəbbüsü ilə baş tutan görüşün əsas məqsədi Dövlət Proqramı çərçivəsində təhsilini başa vuraraq  ölkəmizin ali təhsil müəssisələrində çalışmaqda olan məzunların təhsildə keyfiyyətin yüksəldilməsi ilə bağlı düşüncə, təklif və tövsiyələri ilə  tanışlıq olub. 

Nazirlik XƏBƏRDARLIQ edir - Hava şəraiti qeyri-sabit keçəcək

20 Avqust 2020 14:49

Milli Hidrometeorologiya Xidmətindən Olaylar.az-a verilən məlumata əsasən avqustun 21-i axşamdan avqustun 24-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 18-23 m/s, 25-30 m/s, 22-si axşam, 23-ü gecə və səhər yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-10 dərəcə aşağı enəcək.

Türkiyə humanitar yardımlarda dünyanın zirvəsində

20 Avqust 2020 13:17

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi Türkiyənin humanitar yardım fəaliyyətləriylə bağlı paylaşım edib. Olaylar.az bildirir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Türkiyə səviyyə və miqdar baxımından humanitar bir zirvəyə yüksəlib. Suriya ilə yanaşı Qırğızıstandan Əfqanıstana, Somalidən Fələstinə, Sudandan Liviyaya, Yəmənə və Bosniya Herseqovinaya qədər bütün könül çoğrafiyasının millətin yardım əlini uzatdıq.” ifadələri əks olunan paylaşımda Türkiyənin humanitar yardım fəaliyyətləri ilə bağlı məlumatlar da qeyd olunub. “Qlobal Humanitar Yardım hesabatına görə, Türkiyə milli gəlirinin əhəmiyyətli bir hissəsini humanitar yardım üçün ayıraraq “dünyanın ən səxavətli ölkəsi” olmağa davam edir.

Apellyasiya mərhələsinə start verilir

20 Avqust 2020 12:59

Avqustun 21-dən müddətsiz əmək müqaviləsinin bağlanması məqsədilə keçirilən müsahibələrdə uğur qazanmayan namizədlərin apellyasiya müraciətləri üçün qeydiyyat başlanılır.  Olaylar.az bildirir ki, sözügedən müsahibələrdə uğur qazanmayan namizədlər  24 avqust saat 23:59-dək şəxsi səhifələrinə daxil olaraq apellyasiya müraciətlərini təsdiq edə bilərlər.

Braziliyada Azərbaycana həsr edilmiş fotosərgi

20 Avqust 2020 11:52

Səfir Elxan Poluxov Braziliyanın Qoyas ştatına səfəri çərçivəsində Qoyaniya şəhərində yerləşən əyalətin Qanunverici Şurasının binasında Azərbaycana həsr edilmiş fotosərginin açılış mərasimində iştirak edib. Olaylar.az bildirir ki, açılış nitqində səfir Elxan Poluxov Azərbaycan-Braziliya və xüsusi ilə Qoyas ştatı ilə inkişaf edən əlaqələrdən danışıb və bu sərginin son illər ərzində sayca üçüncü olduğunu qeyd edib. Əyalət ilə iqtisadi, elmi, humanitar və digər sahələrdə münasibətlərin inkişafının vacibliyini vurğulayaraq, gələcək planlara dair fikirlər səsləndirib.

Mədəniyyət Nazirliyi ilə ABŞ səfirliyi arasında Anlaşma Memorandumu imzalandı

20 Avqust 2020 11:35

Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Li Litzenberger ilə görüşüb. Olaylar.az bildirir ki, səfirə fəaliyyətində uğurlar arzulayan Anar Kərimov Azərbaycanla ABŞ arasında humanitar sahədə əməkdaşlıqdan məmnunluğunu ifadə edərək bu sahədə geniş imkanların olduğunu bildirib.

İmtahanlar barədə məlumatlar şəxsi səhifələrə göndərilib

19 Avqust 2020 11:19

26-27 avqust tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanlarda iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndərilib.

Bir qrup tanınmış mədəniyyət və incəsənət xadimi ilə görüş keçirilib

19 Avqust 2020 11:17

Azərbaycan Milli İncəsənət Muzeyində bir qrup tanınmış mədəniyyət və incəsənət xadimi, ziyalılar ilə görüş keçirilib. Olaylar.az bildirir ki, görüşdə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Mədəniyyət nazirinin birinci müavini Anar Kərimov iştirak ediblər.

Epidemiyanın bədii ifadələri covidoscope.org saytında!

18 Avqust 2020 15:14

Yunus Emre İnstitutunun COVID-19 epidemiyasının qlobal miqyasda emosional və bədii ifadələrini əks etdirən Covidoscope layihəsinin veb saytı, ziyarətçilər üçün türk, ingilis, ərəb və ispan dillərində istifadəyə açıldı.  Olaylar.az bildirir ki, əksəriyyətimiz uşaqlığımızdan kaleydoskopu (çiçək durbini) xatırlayırıq. Kaleydoskop, güzgülərdə işığı əks etdirərək rəngarəng naxışlar və gözəl görünüşlər yaradan bir durbindir.

“Azərbaycan əsgəri, səninləyik” aksiyası təşkil olunub

18 Avqust 2020 12:01

“ASAN xidmət”in təşəbbüsü ilə 18 avqust - sərhəd mühafizə orqanları əməkdaşlarının peşə bayramı günü münasibəti ilə  “Azərbaycan əsgəri, səninləyik” sosial aksiyası təşkil olunub.  Olaylar.az bildirir ki, sosial aksiya çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasında hərbi qulluqçulara sovqatlar təqdim olunub.