Gündəm
İşə qəbul imtahanlarının növbəti günü
Avqustun 18-də Azərbaycan dili və ədəbiyyat, təsviri incəsənət fənləri üzrə müəllimlərin işə qəbulu imtahanları keçirilir. İmtahanlarda 3523 namizədin iştirakı nəzərdə tutulub.
Meşə fonduna ziyan vuran şəxs cəzalanıb
Quba rayonunun Tülər kəndi ərazisində kömür hazırlanması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb. Olaylar.az bildirir ki, xidmətin rəis müavini Ramal Bağırov bildirib ki, kəndin ərazisinə keçirilən baxış zamanı Tülər kənd sakini Yasər Baxışova məxsus həyətyanı torpaq sahəsində qanunsuz yeşik hazırlayan sexin fəaliyyət göstərdiyi və meşə materialından kömür hazırlandığı məlum olub.
Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır
Avqustun 18-dən dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesinə start verilib.
SABAH müəllimləri onlayn ixtisasartırma kurslarında iştirak edib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH müəllimləri 1-15 iyul 2020-ci il tarixlərində Rusiya Dövlət Səhnə Sənəti İnstitutunun təşkil etdiyi onlayn ixtisasartırma kurslarında iştirak edib.
Canli müzakirələr yeni formatda
Cari ilin 18 avqust tarixində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə "Mədəniyyət işçiləri: Fəal mövqe" mövzusunda yeni formatlı canlı müzakirəsi keçirilib.
“TikTok” video xidmətinin analoqunu istifadəyə verildi
Çinin populyar “TikTok” video xidməti bir müddət əvvəl Hindistanda qadağan edilib. “Bloomberg”in məlumatına əsasən, indi ölkədə “TikTok” xidmətinin “HiPi” adlı analoqu istifadəyə verilib.
Təhsil Nazirliyi ilə Milli Məclisin Elm və Təhsil Komitəsinin birgə videokonfransı keçirilib
Avqustun 17-də Təhsil Naziri Emin Əmrullayev və Milli Məclisin Elm və Təhsil Komitəsində təmsil olunan millət vəkillərinin iştirakı ilə videokonfrans keçirilib. Olaylar.az bildirir ki, konransı açıq elan edən Təhsil naziri Emin Əmrullayev bu görüşün təşkilində iştirak edən millət vəkillərinə komitə sədri Bəxtiyar Əliyev başda olmaqla təşəkkürünü bildirib.
Balakən “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb
Avqustun 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Balakən regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb. Olaylar.az bildirir ki, Balakən “ASAN xidmət” mərkəzi Balakən, Zaqatala, Qax rayonlarında qeydiyyatda olan 284 000- ə yaxın vətəndaşla yanaşı ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərəcək.
Tələbələrin köçürülməsinə başlanılıb
Avqustun 17-dən tələbələrin köçürülməsi prosesinə start verilib. Elektron sənəd qəbulu avqustun 23-dək davam edəcək. Olaylar.az bildirir ki, tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilir.
Tanınmış vokal sənətçisi Eldar Əliyev Bakı şəhərində dəfn ediləcək
Öz böyük istedadı, bənzərsiz səs tembri ilə dünya opera səhnələrini fəth etmiş azərbaycanlı vokalçı Eldar Əliyev 4 avqust 2020-ci il tarixində İtaliyanın Milan şəhərində 49 yaşında vəfat edib. Olaylar.az bildirir ki, E.Əliyevin qısa, lakin parlaq həyat və yaradıcılıq yolu iki ölkə - Azərbaycan və İtaliya arasında özünəməxsus bir körpü olmuşdur. Bakı şəhərində doğulub boya-başa çatmış, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının tələbəsi olduğu dövrdə ən istedadlı tələbələr arasından seçilərək İtaliyanın tanınmış Lirica Osimo Akademiyasında təhsilini davam etdirməyə dəvət almış vokalçı uzun illər Vətənindən uzaqda yaşasa da, bütün ömrü boyu azərbaycanlı olduğu ilə fəxr etmiş, öz yaradıcılığı, sənət uğurları ilə Azərbaycanın adını uca tutmağa çalışıb.
Ermənistanın Şərqi Aralıq dənizi ilə bağlı rəyi növbəti həddini aşma və məsuliyyətsizlikdir- Türkiyə XİN
“Ermənistanın Sevr sazişi ilə bağlı taxribatçı bəyanatından sonra Şərqi Aralıq dənizi ilə bağlı rəy verməsi növbəti hədsizlik və məsuliyyətsizlik nümunəsidir”. Olaylar.az bildirir ki, bu sözləri Türkiyə Xarici İşlər nazirliyinin sözçüsü Hami Aksoy Ermənistanın Şərqi Aralıq dənizi ilə bağlı bəyanatından danışarkən deyib.
Şıxəli Qurbanovu Vəfa Quluzadənin qayınatası öldürüb — ŞOK İDDİA
Anar Kərimov Alim Qasımovu təbrik etdi
Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifəsini icra edən Anar Kərimov milli musiqi sənətimizin görkəmli nümayəndəsi, ustad xanəndə, Xalq artisti Alim Qasımovu ad günü münasibətilə təbrik edib. Olaylar.az bildirir ki, təbrikdə sənətkarın Azərbaycan mədəniyyətinə, muğam sənətimizin yaşadılması, təbliği və dünyada tanıdılmasına böyük töhfələr verdiyi vurğulanıb.
Səfir Marqarita Kostadan erməni təəssübkeşi olan həmkarına növbəti tutarlı cavab
Azərbaycan uzun sürən təcavüzün qurbanıdır və beynəlxalq ictimaiyyət buna birdəfəlik son vermək üçün hərəkətə keçməlidir.














