Polşa Prezidenti Karol Navrotski ilə ukraynalı həmkarı Vladimir Zelenski arasında görüş keçirilir

Ankarada keçirilən NATO sammiti çərçivəsində Polşa Prezidenti Karol Navrotski ilə ukraynalı həmkarı Vladimir Zelenski arasında görüş başlayıb.

Olaylar.az xəbər verir ki, bu barədə Ukraynanın "Novosti Live" nəşri mənbələrə istinadən məlumat yayıb.

Nəşr həmçinin Zelenskinin kommunikasiya üzrə müşaviri Dmitri Litvinə istinadən yazır ki, Navrotski və Zelenski bir gün əvvəl sammit çərçivəsində artıq ilkin və qısa bir söhbət aparıblar.

Qeyd edək ki, son aylar Varşava ilə Kiyev arasında yeni gərginlik yaşanır. Buna səbəb Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin bir bölməsinə "UPA Qəhrəmanları" (Ukrayna Üsyançı Ordusu) adını verməsidır. Qərara cavab olaraq, Polşa lideri əvvəllər Zelenskiyə verilən Polşanın ən yüksək dövlət mükafatı - Ağ Qartal Ordenini ləğv edib. Öz növbəsində, Zelenski Qdanskda Ukraynanın yenidən qurulması ilə bağlı beynəlxalq konfransda iştirak etməkdən imtina edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31