Canli müzakirələr yeni formatda

Cari ilin 18 avqust tarixində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə "Mədəniyyət işçiləri: Fəal mövqe" mövzusunda yeni formatlı canlı müzakirəsi keçirilib.

Cari ilin 18 avqust tarixində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin

təşkilatçılığı ilə "Mədəniyyət işçiləri: Fəal mövqe" mövzusunda yeni formatlı canlı müzakirəsi keçirilib.

Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyevin, İnnovativ inkişaf və təbliğat şöbəsinin müdiri Nurəddin Babazadənin, Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin direktoru Pərviz Bayramovun, Gəncə şəhər Diyarşünaslıq Mərkəzinin direktoru Pərvin Nəzərəliyevanın iştirakı ilə youtube platformasında təşkil olunmuş müzakirə Azərbaycan milli-mədəni dəyərlərinin Ermənistan tərəfindən mənimsənilməsinə və mədəniyyət işçilərinin bu mövzusunda kömək göstərilməsinə həsr olunmuşdur.

Müzakirə iştirakçıları xalqımızın qeyri-maddi mədəni irsinin, ədəbiyyat və incəsənətinin, xüsusən folklor nümunələrinin, hətta müəllif əsərlərinin ermənilər tərəfindən oğurlanması müəyyən tarixə malikdir. Artıq bu saxtakar hərəkətlər, yəni "özgə ənənələrinin qarət edilməsi və mənimsənilməsi" onların ənənəsinə çevrilmişdir. Milli Məclisin nümayəndə heyətinin səyləri nəticəsində məsələnin ciddiliyi Avropa Şurası Parlament Assambleyasının sessiyasına "Azərbaycan mədəni irsinin qəsbi və dağıdılması" sənədində təqdim edilib, "Azərbaycan mədəni sərvətlərinin dağıdılması və mənimsənilməsi ilə əlaqədar" Bəyanatında da əks etdirilib.

Məsələ "Dədə Qorqud" eposundan, "Sarı gəlin" mahnısından başlayaraq, "Vağzalı", "Tərəkəmə", "Yallı", "Uzundərə", "Köçəri", "Mirzəyi" kimi xalq rəqslərimizə, lavaş və dolma yeməklərimizdən erməni vandalizminin qurbanı olan işğal altındakı tarix-mədəniyyət abidələrimizə qədər davam edir.

Müzakirə zamanı vurğulandı ki, bu mövzusunda mədəniyyət işçilərinin rulu və köməyi danılmazdır və Mərkəz bu istiqamətində fəal iştirak edir. Xatırladaq ki, 2016-ci ilin oktyabr ayında Mərkəz Rusiyanın D.S.Lixaçov adına Mədəni və Təbii İrs üzrə Elmi Tədqiqat İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumda birgə layihələrin həyata keçirilməsi, tədqiqatların aparılmasından başqa qarşılıqlı informasiya dəstəyinin göstərilməsi kimi məsələləri, qlobal internet şəbəkəsində baş verə biləcək mədəniyyət nümunələrinin mənimsənilmə cəhdlərinin qarşısının alınması istiqamətində birgə tədbirlərin görülməsi öz əksini tapmışdır. Sözsüz ki, belə memorandumlar eyni zamanda, mədəniyyət sahəsində aparılan informasiya müharibəsinə də öz töhfəsini verəcəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31