Səudiyyə Ərəbistanı İrandan ərəb ölkələrinə hücumları dayandırmağı tələb etdi
19:29 DünyaSəudiyyə Ərəbistanı İrandan Küveyt və Bəhreynə hücumları dərhal dayandırmasını tələb edib.
Olaylar xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyi məlumat verib:
"Nazirlik regionda təhlükəsizliyi, sabitliyi və sülhü qorumaq üçün İrandan bu hərəkətləri dərhal dayandırmasını tələb edir".
Ər-Riyad həmçinin Küveyt və Bəhreynlə tam həmrəyliyini ifadə edib.
Daha İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ABŞ-nin İran ərazisinə hücumuna cavab olaraq Bəhreyn və Küveytdəki ABŞ hərbi obyektlərinə zərbələr endirdiyini elan etmişdi. Çərşənbə axşamı günü Hörmüz boğazında Qətərin bir mayeləşdirilmiş təbii qaz tankeri və Səudiyyə Ərəbistanının bir neft tankeri hücuma məruz qalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31