Türkiyə humanitar yardımlarda dünyanın zirvəsində
Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi Türkiyənin humanitar yardım fəaliyyətləriylə bağlı paylaşım edib. Olaylar.az bildirir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Türkiyə səviyyə və miqdar baxımından humanitar bir zirvəyə yüksəlib. Suriya ilə yanaşı Qırğızıstandan Əfqanıstana, Somalidən Fələstinə, Sudandan Liviyaya, Yəmənə və Bosniya Herseqovinaya qədər bütün könül çoğrafiyasının millətin yardım əlini uzatdıq.” ifadələri əks olunan paylaşımda Türkiyənin humanitar yardım fəaliyyətləri ilə bağlı məlumatlar da qeyd olunub. “Qlobal Humanitar Yardım hesabatına görə, Türkiyə milli gəlirinin əhəmiyyətli bir hissəsini humanitar yardım üçün ayıraraq “dünyanın ən səxavətli ölkəsi” olmağa davam edir.
20 Avqust 2020 13:17 DünyaTürkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi Türkiyənin humanitar yardım fəaliyyətləriylə bağlı paylaşım edib. Olaylar.az bildirir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "Türkiyə səviyyə və miqdar baxımından humanitar bir zirvəyə yüksəlib. Suriya ilə yanaşı Qırğızıstandan Əfqanıstana, Somalidən Fələstinə, Sudandan Liviyaya, Yəmənə və Bosniya Herseqovinaya qədər bütün könül çoğrafiyasının millətin yardım əlini uzatdıq." ifadələri əks olunan paylaşımda Türkiyənin humanitar yardım fəaliyyətləri ilə bağlı məlumatlar da qeyd olunub.
"Qlobal Humanitar Yardım hesabatına görə, Türkiyə milli gəlirinin əhəmiyyətli bir hissəsini humanitar yardım üçün ayıraraq "dünyanın ən səxavətli ölkəsi" olmağa davam edir.
Türkiyə 2002-2019-cu illər ərzində bütövlükdə 49 milyard dollarlıq humanitar yardım edib.
Türkiyə 140-dan çox ölkəyə humanitar və inkişaf yardımı etməyə davam edir.
Türkiyə 2018 və 2019-cu illərdə beynəlxalq humanitar yardım fəaliyyətlərində ümumi daxili məhsula (ÜDM) görə dünya birincisidir.
Türkiyə 5 dəfə "dünyanın ən səxavətli ölkəsi" olmağa nail olaraq "qlobal humanitar mərkəz" çevrilmişdir.
Həmçinin Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı Türkiyəni "dünyanın ən çox qaçqına ev sahibliyi edən ölkəsi" elan edib.
Türkiyə son iki ildə, Covid-19 epidemiyasının da təsiri ilə 136 ölkəyə və 4 beynəlxalq təşkilata tibbi avadanlıq yardımı edib.", - məlumatda bildirilir.