Gündəm
Akkreditasiya üzrə təlimçi bazasına mütəxəssislər dəvət edilir
Təhsildə Keyfiyyət Təminatı Agentliyi ali təhsil müəssisələrinin akkreditasiyası və təhsildə keyfiyyət təminatı üzrə təlim keçəcək peşəkar mütəxəssislərdən ibarət “Təlimçi bazasına” təlimçilər dəvət edir. Olaylar.az bildirir ki, müraciət üçün Agentliyin internet saytının (tkta.edu.az) “Təlimçi bazası” bölməsinə daxil olaraq qeyd olunan keçid vasitəsilə elektron qeydiyyatdan keçmək mümkündür.
Dekabrın 31-nə qədər alınan bütün biletləri ödənişsiz dəyişdirmək mümkün olacaq - "Türk Hava Yolları"ndan
Türkiyənin milli aviadaşıyıcısı – “Türk Hava Yolları” (THY) şirkətindən bu il dekabrın 31-nə qədər alınan bütün biletləri ödənişsiz dəyişdirmək mümkün olacaq. Olaylar.az bildirir ki, mövcud qlobal pandemiya ilə əlaqədar sərnişinlərin məmnuniyyəti üçün THY bilet qaydalarında yeni dəyişiklik edib. Yeni qaydaya uyğun olaraq, martın 21-dən bu yana alınan və dekabrın 31-nə qədər yazılacaq olan bütün biletlərdə məhdudiyyətsiz tarix dəyişikliyi etmək pulsuz olacaq.
“Azərbaycan II Dünya müharibəsi illərində” sərgisi ziyarətçilər üçün açıqdır
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin kollektivi tərəfindən 9 may – faşizm üzərində Qələbə Günü ərəfəsində hazırlanmış “Azərbaycan II Dünya müharibəsi illərində” adlı sərgi COVID-19 pandemiyası ilə əlaqədar respublikada tətbiq edilmiş karantin tədbirlərinə görə ictimaiyyət üçün bağlı idi. Karantin tədbirlərinin yumşaldılması, muzey və sərgi zallarının açılması ilə əlaqədar olaraq faşizm üzərində qələbənin 75-ci ildönümünə həsr olunmuş sərgi də öz qapılarını ziyarətçiləri üçün açıb.
3 ali təhsil müəssisəsinin tələbələrinə də “Təhsil kartları” təqdim edilib
Ötən ilin noyabr ayından etibarən ölkənin bir sıra təhsil müəssisəsində tətbiq olunan “Təhsil kartı” layihəsinin əhatə dairəsi genişləndirilib. Olaylar.az bildirir ki, Təhsil Nazirliyi, Mərkəzi Bank, “Mastercard” və Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Dəniz Akademiyası və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının tələbələrinə də təhsil kartları təqdim olunub.
Azərbaycanlı qadın məşhur şirkətə baş direktor təyin edildi
Dünyanın ən böyük sərinləşdirici içki istehsalçısı olan Coca-Cola şirkətinin məhsullarını Azərbaycanda istehsalını, distribütorluğu və satışını həyata keçirən "Azərbaycan Coca-Cola Bottlers" MMC-nin yeni Baş Direktoru vəzifəsinə Rəna Məmmədova təyin edilib. Rəna Məmmədova sentyabr ayının 1-dən yeni vəzifəsinin icrasına başlayıb.
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb
14 avqust - 8 sentyabr tarixlərində müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib. Olaylar.az bildirir ki, Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla, ümumilikdə 17 regionda yerləşən 32 mərkəzdə 19 fənn üzrə keçirilmiş işə qəbul imtahanlarında 38705 namizəd iştirak edib.
“WhatsApp” istifadəçiləri üçün yeni TƏHLÜKƏ
Cinayətkarlar “WhatsApp” messencerində onun işini poza biləcək və yazışmaların tarixçəsini silə biləcək mesajlar yayırlar. Bu haqda adətən yeni funksiyalar haqqında informasiya paylaşan “WABetaInfo” saytı məlumat verib.
"Dərs vaxtı"nın 9 sentyabr cədvəli
Olaylar.az "Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan "Dərs vaxtı" proqramının 8 sentyabr cədvəlini təqdim edir.
Kaliforniya radiosunda Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatı müzakirə edilib
Kaliforniyanın San Dieqo şəhərində fəaliyyət göstərən, ABŞ-da nəşr olunan “Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” və “Erməni lobbisi və ABŞ-ın xarici siyasəti” kitablarının müəllifi amerikalı jurnalist Raul Kontreras özünün “The Contreras Report” radio proqramının sentyabr buraxılışında Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatı və bunun fonunda baş verən proseslər müzakirə edib.
Azərbaycanlı pianoçu Berlində çıxış edəcək
Sentyabrın 12-də Berlin şəhərinin "Kulturstall auf dem Qutshof" zalında 24 yaşlı azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı Nərmin Nəcəflinin konserti keçiriləcək. Olaylar.az bildirir ki, musiqiçi Lyudviq van Bethovenin "Appassionata" 23-cü fortepiano sonatasını, Robert Şumanın karnavalını, həmçinin Frederik Şopenin üç əsərini: Noktürn, soç. 27, Ballad, soç.52 və "Andante Spianato et Grande Polonaise Brillante" kompozisiyasını ifa edəcək.
Peşə təhsilinin müasirləşdirilməsi istiqamətində Avropa İttifaqı ilə yeni layihə
Sentyabrın 7-də Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı və Təhsil Nazirliyi Azərbaycanda peşə təhsili və təlimi sistemində keyfiyyətli kadr hazırlığına dəstək və bu təhsil pilləsinin nüfuzunun artırılması məqsədilə 5.6 milyon avro dəyərində yeni layihəyə başlayıb. Olaylar.az bildirir ki, Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirəcəyi dörd illik layihə əmək bazarının mövcud ehtiyaclarına uyğun səriştəyə əsaslanan öyrənmə üçün peşə təhsili müəssisələrini müasirləşdirməkdə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə dəstək olacaq.
Bəhruz Quliyev: “Azərbaycanda koprrupsiya və rüşvətxorluğa qarşı amansız mübarizə aparılır”
“Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatlar siyasətinin təməlində vətəndaş amili, insan faktoru dayanır və biz bunu günü-gündən daha açıq və daha praktik şəkildə görməkdəyik”. Sözügedən fikirləri Olaylar.az-a “SƏS” qəzetinin baş redaktoru, siyasi ekseprt Bəhruz Quliyev Prezident İlham Əliyevin qərarına əsasən, Gəncə şəhərinin Nizami və Kəpəz rayonlarının inzibati ərazi bölgüsünün ləğv edilməsinə münasibətini açıqlayarkən deyib.
“Facebook Messenger”də mesajların göndərilməsinə məhdudiyyət qoyulub
“Facebook” şirkəti öz platformalarında yalan məlumatların yayılması ilə mübarizə aparmağa davam edir. Olaylar.az xarici mediaya istinadən bildirir ki, bu dəfə “Facebook Messenger” messencerində mesajların kütləvi göndərilməsinə qarşı məhdudiyyət tətbiq edilməsi elan edilib. İndi xidmət eyni anda ən çox 5 istifadəçi və ya qrupa mesaj göndərilməsini həyata keçirməyə imkan verir.
Vətəndaşların qəbulu sentyabrın 30-dək dayandırılır
Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il sentyabrın 30-dək fəaliyyətini dayandırıb.
"Dərs vaxtı"nın 7 sentyabr cədvəli
Olaylar.az "Mədəniyyət" telekanalında yayımlanan "Dərs vaxtı" proqramının 7 sentyabr cədvəlini təqdim edir.














