Bəhruz Quliyev: “Azərbaycanda koprrupsiya və rüşvətxorluğa qarşı amansız mübarizə aparılır”

“Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatlar siyasətinin təməlində vətəndaş amili, insan faktoru dayanır və biz bunu günü-gündən daha açıq və daha praktik şəkildə görməkdəyik”. Sözügedən fikirləri Olaylar.az-a “SƏS” qəzetinin baş redaktoru, siyasi ekseprt Bəhruz Quliyev Prezident İlham Əliyevin qərarına əsasən, Gəncə şəhərinin Nizami və Kəpəz rayonlarının inzibati ərazi bölgüsünün ləğv edilməsinə münasibətini açıqlayarkən deyib. 

"Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatlar siyasətinin təməlində vətəndaş amili, insan faktoru dayanır və biz bunu günü-gündən daha açıq və daha praktik şəkildə görməkdəyik".

Sözügedən fikirləri Olaylar.az-a "SƏS" qəzetinin baş redaktoru, siyasi ekseprt Bəhruz Quliyev Prezident İlham Əliyevin qərarına əsasən, Gəncə şəhərinin Nizami və Kəpəz rayonlarının inzibati ərazi bölgüsünün ləğv edilməsinə münasibətini açıqlayarkən deyib. 

Onun sözlərinə görə bu, ilk növbədə administariv sənədləşmələr, vətəndaşlara xidmət səmərəliliyin artırılması, operativliyin təmin edilməsi kimi məsələlərdə bir çox mühüm məqamları ehtiva edir: "İlk növbədə, bir mərkəzdən idarə sisteminin qurulması əslində vətəndaşların  işlərinin asanlaşdırılmasına, neqativliklərin aradan qaldırılmasına öz töhfəsini verəcək. Sirr deyil ki, Azərbaycanda koprrupsiya və rüşvətxorluğa qarşı amansız mübarizə aparılır və təəssüf ki, bir müddət əvvələ qədər bir sıra inzibati mərkəzlərdə süründürməçiliklər, bürokratik əngəllər vətəndaş narazılıqlarına səbəb olurdu. Artıq həmin əngəllərin qarşısına baryer qoyulub və bu da mübarizənin uğurlu nəticələri olaraq göz önündədir. Dövlətimiz vətəndaşlarının səmərəsi yönündə öz addımlarını daha da artırmaqdadır". 

Bu nümunə daha əvvəl də tətbiq olunub və münbit nəticələrini verdiyini bildirən Bəhruz Quliyev hesab edir ki, müasir dövrün tələbləri artdıqca, daha keyfiyyətli inzibati idarəçilik texnologiyalarının icrası da bu tələblərə cavab verməlidir: "Əsas məqsəd isə, əvvəldə vurğuladığım kimi, vətəndaş razılığı, vətəndaş məmnuniyyətidir. Daha dəqiq desək, insan faktorunun daim öndə dayanması, diqqətdə saxlanılmasıdır. Bu xüsusda Prezident İlham Əliyev cənablarının verdiyi mühüm qərarları Azərbaycan vətəndaşının rifahı, sosial və s. şəraitinin yaxşılaşdırılması, yarana biləcək problemlərinin yerində, daha çevik həll olunmasına yönəlib. Bütün bunlar isə eyni zamanda onu göstərir ki, qarşıdan gələn dövrdə də yerli və mərkəzi icra orqanlarının fəaliyyətinin optimallaşdırılması ilə bağlı tədbirlər davam etdiriləcək, nəticələr əldə olunacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31