Gündəm
Sabah Bakıda və Abşeron yarımadasında şimşək çaxacaq
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə sentyabrın 16-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gecə yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.
"Dərs vaxtı"nın 15 sentyabr cədvəli
"Mədəniyyət", "ARB Günəş" telekanalları və "Təhsil" televiziyasının "Facebook" səhifəsində yayımlanan “Dərs vaxtı” proqramının sentyabrın 15-i üçün nəzərdə tutulan cədvəli açıqlanıb. Olaylar.az bildirir ki, Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. "Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır", - Nazirlikdən bildirilib.
İkinci dəfə ölkə miqyasında karantin elan etdilər - Dünyada İLK
İsrail koronavirus pandemiyası səbəbilə ikinci dəfə ölkə miqyasında karantin elan edib.
Dövlət Agentliyi ATƏT-in 28-ci İqtisadi və Ətraf Mühit Forumunda təmsil olunub
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 10-11 sentyabr 2020-ci il tarixində onlayn formada təşkil edilən ATƏT-in 28-ci İqtisadi və Ətraf Mühit Forumunda təmsil edilib. Olaylar.az bildirir ki, forumda ATƏT-ə üzv dövlətlərin nazirləri, yüksək vəzifəli dövlət rəsmiləri, akademik dairələrin nümayəndələri iştirak ediblər.
Şagirdlərin yerdəyişməsi üzrə sorğuların qəbulu dayandırılır
11 sentyabr saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi sistemində yay dövrü üçün şagird yerdəyişməsi prosesi dayandırılır. Olaylar.az bildirir ki, səbəb siniflərin komplektləşdirilməsinin təmin edilməsi ilə bağlıdır.
Peşə təhsili müəssisələrinə qəbulun II mərhələsinə müraciət edənlərin sayı beş mini ötdü
Peşə təhsili müəssisələrinin boş qalan yerlərinə müraciət edənlərin sayı 5268-ə çatıb. Onlardan 4415-i ixtisas seçimini tamamlayıb. Olaylar.az bildirir ki, II mərhələ zamanı təqdim olunan boş qalmış 9 898 yerdən 4 141-i dövlət hesabına, 5 757 yer isə ödənişli əsaslarla həyata keçirilir.
Mədəniyyət Nazirliyində kadr təyinatı
Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Əliyev Cavid Fikrət oğlu Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini – Hüquq və daxili nəzarət şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Olaylar.az bildirir ki, Cavid Əliyev 1988-ci ildə Bakı şəhərində anadan olub. 2009-cu ildə Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr, 2012-ci ildə Niderland Krallığının Naymegen Universitetində “Avropa hüququ” ixtisası üzrə magistr dərəcələrini alıb. Corc Vaşinqton Universitetinin “Layihələrin idarə edilməsi” proqramı üzrə magistr sertifikatını əldə edib.
Səfir Elin Süleymanov ABŞ-ın aparıcı yəhudi təşkilatı ilə onlayn görüş keçirdi
ABŞ-ın aparıcı yəhudi təşkilatı olan Amerika Yəhudi Komitəsinin (American Jewish Committee – AJC) təşəbbüsü ilə səfir Elin Süleymanovun Texas ştatının ən böyük şəhərləri olan Dallas və Hyustonda yaşayan AJC nümayənədləri ilə onlayn görüş keçirilmişdir.
Təhsil naziri IX sinif şagirdinə baş çəkdi
Sentyabrın 10-da Təhsil naziri Emin Əmrullayev üç gün əvvəl müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən Bakı şəhəri 313 nömrəli tam orta məktəbin şagirdi Solmaz Hacıyevaya baş çəkib. Olaylar.az bildirir ki, məktəblinin müalicəsinin gedişi ilə maraqlanan Təhsil naziri şagirdin valideynləri və həkimlərlə görüşərək onlarla söhbət edib.
Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə "AzerGold" QSC Fəaliyyət Planı imzalandı
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə "AzerGold" QSC arasında 2020-2021-ci illər üzrə əməkdaşlığa dair Fəaliyyət Planı imzalanıb. Olaylar.az bildirir ki, Fəaliyyət Planı peşə təhsilinin nüfuzunun və cəlbediciliyinin, mühəndis-pedaqoji heyətin bilik və bacarıqlarının artırılması, əmək bazarında tələb və təklifin uzlaşdırılması, tədrisin təşkili və peşə təhsili müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi ilə bağlı birgə tədbirlərin həyata keçirilməsini müəyyən edir.
Peşə təhsili üzrə teledərslərin çəkilişi davam edir
Yeni tədris ilindən başlayaraq bir sıra peşə ixtisasları üzrə dərslərin “Dərs vaxtı” çərçivəsində yayımı davam etdiriləcək. Olaylar.az bildirir ki, hazırda Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən “Aşpaz” və “Qənnadçı, şirniyyatçı” ixtisasları üzrə videodərslərin çəkilişi davam etməkdədir. Peşə pilləsi üzrə teledərslərin dərs cədvəli qısa zamanda açıqlanacaq.
“Virtual məktəb”də vebinar və təlimlər başa çatır
Yay ayları ərzində şagird və müəllimlər üçün “Virtual məktəb”də keçirilən tədbirlər yeni tədris ilinin başlanması ilə əlaqədar yekunlaşır. Olaylar.az bildirir ki, ödənişsiz və könüllü əsaslarla keçirilən tədbirlərin məqsədi şagirdlərin tətil vaxtını faydalı və maraqlı keçirmələrinin təmin edilməsi, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi və müəllimlərin peşəkar kompetensiyalarının artırılması olub.
İmişli rayonunda məktəb açılışı
Sentyabrın 10-da İmişli rayonu Muradxanlı kənd tam orta məktəbinin açılış mərasimi keçirilib. Olaylar.az bildirir ki, mərasimdə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ələmdar Quliyev iştirak edib.
Nazir müavini məktəb açılışında iştirak etdi
Sentyabrın 10-da Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi “Bağlar” massivində yerləşən Laçın rayonu 21 nömrəli tam orta məktəbin açılış mərasimi keçirilib. Olaylar.az bildirir ki, açılış mərasimində Təhsil nazirinin müavini Firudin Qurbanov, Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənov və məktəb direktoru iştirak edib.
Bəhruz Quliyev: “Yaxın gələcəkdə daha nəhəng quruculuq işlərinə şahidlik edəcəyik”
“Ölkəmizdə vətəndaşların təhlükəsizliklərinin qorunması, eləcə də rahatlıqlarının təmin edilməsi üçün bir sıra mühüm infrastruktur layihələri həyata keçirilir və həmin layihələrdən biri də yeraltı və yerüstü piyada keçidlərinin tikilərək istifadəyə verilməsidir”. Sözügedən fikirləri Olaylar.az-a “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyevin Mərdəkan-Zağulba avtomobil yolunda yerüstü piyada keçidinin açılışında iştirak etməsinə münasibətini açıqlayarkən bildirib.














